» » Obama Putindən bunu

Obama Putindən bunu tələb etdi

Bölmə: Siyasət, Dünya
Obama Putindən bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət başçısı Barak Obamaya zəng edib.

Xalqinfo.azbildirir ki,Publika.az-ın Rusiya mediasına istinadən xəbər verir ki, telefon danışıqları zamanı Ukrayna böhranı, Minsk razılaşması, İŞİD və digər beynəlxalq məsələlər müzakirə olunub.

Liderlər fevralda imzalanmış Minsk razılaşmasına diqqət çəkərək, Ukrayna böhranını müzakirə ediblər. Həmçinin, razılaşmanın nə dərəcədə icra olunub-olunmaması ilə əlaqədar Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ilə ABŞ Dövlət Departamentinin Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın yaxın vaxtlarda görüşməsi qərara alınıb. Telefon danışıqları zamanı Barak Obama Rusiya hərbiçilərinin Ukrayna ərazilərindən çıxmasını tələb edib.

Eyni zamanda Putin və Obama Suriya və İŞİD-lə bağlı da müzakirələr aparıb. Bildirlib ki, yaxın zamanlarda Rusiya və ABŞ xarici işlər nazirləri bir araya gələrək, terrorizmlə bağlı məsələləri müzakirə edəcəklər.

Sonda isə Barak Obama və Vladimir Putin İranla "5+1" formatda davam edən müzakirələrin əhəmiyyətini qeyd ediblə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler