Kerri İrana şərt qoydu

Bölmə: Siyasət, Dünya
Kerri İrana "Tehran mühüm məsələlərin həllindən imtina etsə, İranla heç bir saziş olmayacaq."

Xalqinfo.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri İranın Ali dini lideri Ayətollah Əli Xameneinin söylədiyi fikrə münasibət bildirib: "Onun dedikləri “yerli siyasətə” hesablanıb. Bu məsələ danışıqlarda müzakirə olunur. Yeni deyil”/

C.Kerri Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, iyunun 26-da danışıqların sonuncu raundunda iştirak etmək üçün Vyanaya gedəcək: "Ola bilsin, iranlılar Lozannada razılaşdırılmış tədbirlərə tam razılaşmasın, onda razılaşma da olmaya bilər. İran nüvə proqramının tamamilə sülhpərvər olub-olmamasını dünyaya sübut edə biləcək, ya yox, bu, son günlərdə bilinəcək.”

İranın Ali dini lideri Ayətollah Əli Xamenei bu həftə etdiyi çıxışında “qırmızı xətlər”i açıqlayıb. O, İranın nüvə tədqiqatının uzun müddətə dondurulmasını rədd edib: "İran yalnız o halda sazişi imzalaya bilər ki, əvvəlcə beynəlxalq sanksiyalar qaldırılsın. ABŞ və müttəfiqləri bu tələbləri yerinə yetirməyə həvəsli deyil."

Xatırladaq ki, "Altılıq" dövlətləri ilə İran nüvə proqramı üzrə iyunun 30-dək saziş əldə etməli və yekun sənəd imzalamalıdır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler