» » Obama bunu ilk dəfə

Obama bunu ilk dəfə edəcək

Bölmə: Siyasət, Dünya
Obama bunu ilk dəfə Ağ Evin rəhbəri gələn ay Keniyaya səfər edəcək.

Xalqinfo.az-ın məlumatına görə, Ağ Evin yaydığı açıqlamada Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obamanın Keniyaya, oradan isə Afrika Birliyinin baş qərargahının yerləşdiyi Efiopiyaya səfər edəcəyi bildirilir.

Bu səfər Barak Obamanın prezident kimi atasının vətəni Keniyaya ilk səfəri olacaq. O, daha əvvəl Keniyanı ABŞ sentoru ikən ziyarət etmişdi.

ABŞ dövlət başçısı Efiopiyada hökumət rəsmiləri və Avropa Birliyinin liderləri ilə görüşlər keçirəcək, eləcə də 2015-Qlobal Sahibkarlıq Sammitinə qatılacaq.

Ağ Evin mətbuat katibi Coş Ernestin bildirdiyinə görə, prezidentin səfəri iqtisadi artım, demokratik təsisatlar və həyat standartlarının artırılması məqsədi daşıyır.

Qeyd edək ki, Obama daha əvvəl Qana, Seneqal,Tanzaniya və Cənubi Afrika Respublikasında səfərdə olub.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler