» » Ərdoğan Davudoğlunun istefasını qəbul etdi

Ərdoğan Davudoğlunun istefasını qəbul etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Ərdoğan Davudoğlunun istefasını qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin baş naziri Əhməd Davudoğlunun istefasını qəbul edib.


“Xalqinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında ayrı-ayrı nazirlərlə görüşündən sonra prezident sarayına gəlib.

Saraydakı qəbul Türkiyə vaxtı ilə 17:40-da başlayıb.

Ərdoğan bu qəbulda Davutoğlu tərəfindən təqdim edilən Nazirlər kabinetinin istefasını qəbul edib.

“Cənab prezident bu günə qədər etdiyi xidmətlərə görə kabinetə təşəkkürünü bildirib və Nazirlər Kabinetinin yeni hökumət qurulana qədər fəaliyyət göstərməyini istəyib”-Prezident sarayından verilən açıqlamada belə deyilir.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.mənbə qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler