» » ATƏT Azərbaycandakı nümayəndəliyini bağlayır

ATƏT Azərbaycandakı nümayəndəliyini bağlayır

Bölmə: Siyasət, BLOK XƏBƏR
ATƏT Azərbaycandakı nümayəndəliyini bağlayır
ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması barədə qərar verilib.

Bu barədə “Turan”a məlumatlı diplomatik mənbələrdən məlum olub.

Məlumata görə, müvafiq məktub iyunun 3-də Azərbaycan XİN-dən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib.

“Azərbaycan hökuməti qeyd edir ki, artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il, iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında 24 sentyabr, 2014-cü ildə bağlanmış “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş hesab edir. Hökumət bu halda yaranan texniki məsələlərin həlli üçün ATƏT-ə bir ay müddət verir” - deyə məktubda bildirilir.

İyunun 5-də ATƏT-in baş katibi Lamberto Zannier ATƏT-in üzvü olan ölkələrə rəsmi Bakının qərarı haqqında məlumat verib.

Azərbaycan XİN-dən və ya digər qurumlardan hələlik heç bir şərh daxil olmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler