» » Hindistanın baş naziri tarixdə ilk dəfə İsrailə gedəcək

Hindistanın baş naziri tarixdə ilk dəfə İsrailə gedəcək

Bölmə: Siyasət, BLOK XƏBƏR
Hindistanın baş naziri tarixdə ilk dəfə İsrailə gedəcək
Hindistanın baş naziri Narendra Modi İsrailə səfər edəcək. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, səfərin tarixi dəqiq bəlli olmasa da, onun bu il ərzində reallaşacağı gözlənilir.

Bu barədə Hindistanın xarici işlər naziri Suşma Svarac bildirib. Xanım nazirin sözlərinə görə, onun özü də İsrailə, həmçinin Fələstin Muxtariyyəti və İordaniyaya getməyi planlaşdırır.

XİN başçısı deyib ki, Ramallaya səfər Dehlinin Fələstin məsələsinə münasibətini dəyişməyəcək, çünki “İsrail Hindistan üçün dost dövlət olaraq qalır”.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər hələ 1992-ci ildə qurulsa da, Hindistanın nə baş naziri, nə də prezidenti bu günədək İsrailə səfər etməyib. Öz növbəsində İsrail hökumətinin Dehliyə səfər edən ilk başçısı 2003-cü ildə Ariel Şaron olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler