» » Bu gün Bakıda mitinq olacaq

Bu gün Bakıda mitinq olacaq

Bölmə: Siyasət
Bu gün Bakıda mitinq olacaq
Müxalifət partiyasının sədri Milli Şuraya mitinq üçün yer ayrılmasına etiraz etdi

Bu gün Milli Şura “Yalana və talana son” şüarı ilə mitinq keçirəcək. Mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Saat 15.00-dan 17.00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsi nəzərdə tutulan mitinqdə 10 min adamın iştirak edəcəyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tərəfindən bəyan edilib. Fuad Qəhrəmanlının sözlərinə görə, mitinqdə əvvəlki şüarlar öz aktuallığını qoruyacaq.

Bu mitinqdə həmçinin 19 may tarixində Bakı şəhərində binada baş vermiş yanğında həlak olan şəxslərə görə günahı olan şəxslərin tapılıb məsuliyyətə cəlb olunması da tələb olunacaq.
Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, istiqlalçı deputat İbrahim İbrahimli isə 30 may mitinqi ilə bağlı xalqa müraciət edib, hər kəsi mitinqə qoşulmağa çağırıblar.

Bu arada AMİP sədri Yusif Bağırzadə Milli Şuranın mitinqinə qarşı sərt açıqlama ilə çıxış edib. Yusif Bağırzadə APA-ya açıqlamasında deyib ki, Milli Şura yaranan gündən xarici qüvvələrin təsiri altındadır və onlar tərəfindən idarə olunur. Ona görə də AMİP bu mitinqdə iştirak etməyəcək.

Y. Bağırzadə Milli Şuranın rəsmi qeydiyyatdan keçmədiyini xatırladıb və rəsmi qeydiyyatdan keçməyən quruma Bakı Şəhər İcra Hakimiyyətinin mitinq üçün şərait yaratmasına qarşı çıxıb: “Mən bir məsələni anlaya bilmirəm, Bakı Şəhər İcra Hakimiyyəti rəsmi qeydiyyatda keçməyən bir təşkilatın mitinqlə bağlı müraciətinə niyə cavab verir? Mən hesab edirəm ki, qeydiyyatdan keçməyən təşkilata Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün yer ayırmamalıdır”.

Milli Şuradan isə Yusif Bağırzadənin hakimiyyətə xoş gəlmək üçün belə danışdığını və danışarkən savadsızlığını ortaya qoyduğunu bildiriblər. Qeyd edilib ki, BŞİH-ə mitinq üçün müraciət Milli Şuranın yox, təşkilatçı kimi konkret fərdlərin adından olur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler