» » Müsavat mitinq qərarı verdi

Müsavat mitinq qərarı verdi

Bölmə: Siyasət
Müsavat mitinq qərarı verdi
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.


“Qafqazinfo” xəbər verir ki, yığıncaqda partiya rəhbərliyinin Türkiyə səfəri və Azərbaycan Kültür Dərnəyinin rəhbərliyi ilə görüşü haqqında məlumat verilib. Daha sonra partiyanın Masallı rayon təşkilatında keçirilən ümumi yığıncağın nəticələri barəsində fikir mübadiləsi aparılıb, ümumi yığıncağın Nizamnaməyə uyğun şəkildə keçirildiyi, təşkilat sədrinin, NTK və sərbəst Şura üzvlərinin seçildiyi qeyd edilib.

Yığıncaqda “N!DA” Vətəndaş Hərəkatı üzvlərinin həbsdə olan 8 üzvünün haqlarının pozulmasına etiraz məqsədi ilə istintaq təcridxanasında həyata keçirdikləri aclıq aksiyasının artıq 12 gün davam etməsinə baxmayaraq Azərbaycan hakimiyyətinin bu məsələyə heç bir diqqət göstərməməsi hakimiyyətin bütün insani normalara zidd olaraq öz vətəndaşına laqeyd və hətta düşmən münasibətinin sübutu hesab edilib.

Divan “Siyasi məhbuslara azadlıq!” şüarı ilə 4 may 2014-cü il tarixində, saat 16:00-dan 18:00-dək Bakı şəhəri Yasamal rayonundakı “Məhsul” stadionunda digər siyasi və ictimai təşkilatlarla birgə mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciətin imzalanması haqqında qərar qəbul edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler