» » Məxfi sənədlər bin Ladenin planındakıları açdı (Fotolar)

Məxfi sənədlər bin Ladenin planındakıları açdı (Fotolar)

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Məxfi sənədlər bin Ladenin planındakıları açdı (Fotolar)ABŞ-ın kəşfiyyatı 2011-ci ildə xüsusi əməliyyatın gedişatında məhv edilən "əl-Qaidə" terror qruplaşmasının lideri Üsamə bin Ladenin evindən tapılmış sənədləri dərc edib.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in məlumatına görə, bu haqda Reuters xəbər verib.

ABŞ kəşfiyyatı Ü.Ladenin öldürülməsi zamanı tapılan yüz minlərlə sənədi yayıb. Sənədlər ABŞ-ın hökumət strukturları tərəfindən "ciddi" yoxlamadan sonra dərc olunub.

Üsamə bin Laden ABŞ-ın Rusiyadakı səfirliyində partlayış törətməyi planlaşdırıbmış. Bu barədə ABŞ kəşfiyyatı tərəfindən terrorçunun məxfilikdən çıxarılmış məktublarında yazılıb.

Üsamə bin Laden "Xaricdəki fəaliyyət barədə hesabat" adlı məktubunda yazıb: "Bir neçə qardaşımızı hazırlıq üçün Britaniya, Rusiya və Avropaya göndərmişik. Məqsəd ilin sonuna kimi işə hazır olmaqdır".
İş dedikdə, o, terror əməliyyatının həyata keçirilməsini nəzərdə tutub.

O qeyd edib ki, terrorçuların hədəfi Rusiyada qaz xətti və ya ABŞ səfirliyi, Böyük Britaniyada isə "qardaşların uyğun gördükləri hədəflər" olmalı imiş.

Məktublardan məlum olur ki, yoxlanışlar zamanı terrorçular heç bir maneə ilə qarşılaşmayıblar.
Bin Laden məktubda etiraf edib ki, bəzi səbəblərə görə "əl-Qaidə" bu məqsədinə çata bilməyib. Bu səbəblərdən birincisi kimi "bəxtsizliyi" qeyd edib.

Qeyd edək ki, 2011-ci ilin may ayında Abbottabadda (Pakistan) ABŞ xüsusi təyinatlılarının apardığı əməliyyat zamanı terror qruplaşmasının lideri məhv edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler