» » Prezident 4 sərəncam, 1 fərman imzaladı

Prezident 4 sərəncam, 1 fərman imzaladı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Prezident 4 sərəncam, 1 fərman imzaladıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Altay Əfəndiyevin Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, sərəncama əsasən Altay Vasif oğlu Əfəndiyev Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mahir Əliyevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 19:57 Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar hüquqşünas” fəxri adı verilsin: Məmmədov Rafiq Uğuz oğlu Nağıyev İman Məmməd oğlu 20:40 Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Cəfərov Azər Məmməd oğlu Hüseynov Cavid Ənvər oğlu “Tərəqqi” medalı ilə Allahverdiyev Əli Kərim oğlu Bağırov Anar Ramiz oğlu Cəfərov Ələddin Adil oğlu Hüseynov Azər Soltanhəmid oğlu Kalbalıyev Aslan Kalbalı oğlu *** Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 716; 2009, № 12, maddə 988; 2010, № 11, maddə 966; 2013, № 7, maddə 808; 2014, № 7, maddə 819) aşağıdakı dəyişikliklər edilsin: 1. 2.2-ci bənddə “ikinci cümləsində,” sözlərindən sonra “24-2.1-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin; 2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.4. həmin Qanununun 24-1.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir”. - See more at: http://axar.az/news/52660#sthash.XzXz55yU.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler