» » UNESCO kömək istəyir

UNESCO kömək istəyir

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET
UNESCO  kömək istəyirSuriyanın Palmir şəhəri dünyanın ən qədim və ən gözəl tarixi abidəsi kimi UNESCO tərəfindən Bəşəriyyətin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

Xalqın tarixi mirası olan şəhərin tarixi abidələri İŞİD terrorçularının təhlükəsinə məruz qalmaqdadır. UNESCO onların şəhərin bir kilometrliyinə qədər yaxınlaşması barədə həyəcan təbili çalmağa başlayıb. Radikal düşüncəli terrorçuların İraqda Numrud və Hotra kimi tarixi inciləri və dəyərləri dağıtdıqları heç kimin yadından çıxmayıb. Onların qədim Palmir şəhərinin abidələrini də yerlə-yeksan edəcəkləri şəkk-şübhə doğurmur.

UNESCO-nun baş direktoru İrina Bokova yaranmış vəziyyətlə bağlı aldığı yeni həyəcanlı xəbərlərdən narahatlıq keçirdiyini bəyan edib. Baş direktor tərəfləri xalqın tarixini və qədim mədəniyyətini özündə əks etdirən Palmir şəhərinə qarşı hər cür hərbi əməliyyatları dayandırmağa çağırıb. İrina Bokova Suriyada gedən vətəndaş müharibəsi zamanı şəhərin möhtəşəm sütünlarının raket atəşləri nəticəsində artıq ciddi şəkildə zədələndiklərini bildirib və bunu bəşəriyyətin mədəni irsinə qarşı barbar hərəkət kimi qətiyyətlə pisləyib.
Mənbə
AZƏRTAC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler