» » İlham Əliyev uca, Serj Sarkisyan isə alçaq göründü -

İlham Əliyev uca, Serj Sarkisyan isə alçaq göründü - VİDEO

Bölmə: Siyasət
İlham Əliyev uca, Serj Sarkisyan isə alçaq göründü -
Azərbaycan liderinin çıxışı fonunda Ermənistan başçısının əslində başçı olmadığı, ayaqçı olduğu üzə çıxdı
"Xalqinfo" anespress-ə istinadən xəbər verir ki,Prezident İlham Əliyevin “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində çıxışı toplantının kuluarlarında diplomatlar arasında geniş müzakirə olunub.

ANS-ə diplomatik mənbələrdən verilən məlumata görə, Qərb diplomatlarının diqqətini Azərbaycanın beynəlxalq arenada Türkiyəni müdafiə edəcək dərəcədə güclənməsi cəlb edib.

Azərbaycan Prezidentinin bu səfər zamanı da ortaya qoyduğu siyasi-diplomatik davranış, əmin-arxayın manera, onu ilk növbədə müstəqil dövlət başçısı kimi yenidən diqqət mərkəzinə çıxardı. Əlbəttə, İlham Əliyev burada keçirdiyi görüşlərdə sakit və soyuqqanlı, tutarlı mövqe sərgiləməklə ilk cəhddən də göstərmişdi ki, o, müstəqil dövlət başçısı olaraq doğrudan da heç bir böyük və ya ortancıl qardaşdan asılı deyil. Amma xüsusilə yekun çıxışı hər şeyi öz adı ilə çağırmağa əsas verir.

Azərbaycan o dərəcədə güclənib ki, Krım hadisələrindən sonra çəkinmədən ərazi bütövlüyü prinsipi barədə bəyanat verir, eyni zamanda Avropa Şurası Parlament Assambleyasında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əslində işğalçı bir dövlət olan Ermənistana qarşı da tətbiq edilməli olduğuna işarə vura bilir. Belə bəyanat Prezident İlham Əliyevin öz ölkəsinin haqlı mövqeyinə və xalqın dəstəyinə arxalanmasından irəli gəlir. Ona görə də Prezident Sarkisyanın belə dəstəyinin olmadığına məmmuniyyətlə işarə vurur. Elə buna görə də İlham Əliyev avropalıları hazırda ən çox düşündürən məsələdən - Azərbaycanın neft və qazının Avropaya nəqlindən də, yerli-yataqlı sözün neft və qaz mənalarıdan da danışıb. Bununla o reqlamentdən çıxaraq bütün çıxışını Türkiyənin tənqidinə həsr edən Sarkisyana tutarlı cavabın sadəcə onu yerində otuzdurmaq üçün verildiyini, əsas məqsədinin isə Avropa ilə əməkdaşlığı müzakirə etmək olduğunu göstərib.

Ən maraqlısı isə budur ki, məhz Azərbaycan liderinin çıxışı fonunda Ermənistan başçısının əslində başçı olmadığı, ayaqçı, peysərçi və s. olduğu üzə çıxdı. Azərbaycan prezidenti onu hansı dövlətlərin bu saat əhatə etdiyinin, deyə biləcəklərinin risk dərəcəsinin fərqinə varmadan öz sözünü, ölkəsinin başlıca probleminin nədən ibarət olduğuna diqqəti çəkməyi bacardı. Və nəyinki özünü, hətta müstəqillik yaşına görə Azərbaycandan çox irəlidə olan Türkiyəni belə müdafiə etmək missiyasının altına girdi.

Müstəqilliyin bundan da nümayişkaranə təqdimatı olmaz ki, bu, uğur idi, diplomatik məharət idi.

Türkiyə doğrudan da şahidi oldu ki, İlham Əliyev özünü bir millətin hər iki dövlətinin başçısı kimi təqdim etməyi bacarır. Serj Sarkisyan isə özünün bəstə boyu ilə bir daha göstərdi ki, başqasının kölgəsində uca olmaq mümkün deyil. Və Azərbaycan prezidenti heç də təsadüfən uca, Ermənistan prezidenti isə alçaq görünmür. Yəqin yeri var.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler