» » Bin Ladeni sağdı və 25 milyon dollar satdılar- Şok iddia

Bin Ladeni sağdı və 25 milyon dollar satdılar- Şok iddia

Bölmə: Siyasət, Dünya, KİTAB ALƏMİ, MANŞET
Bin Ladeni sağdı və 25 milyon dollar satdılar- Şok iddiaMəşhur amerikalı jurnalist Seymur Herş ABŞ-ın "əl-Qaidə" lideri Usame Bin Ladenin öldürülməsilə bağlı cəmiyyəti səhv məlumatlandırdığını iddia edib.

Xalqinfo.az-ın məlumatına görə, jurnalist "əl-Qaidə" liderinin 2011-ci ildə öldürüldüyü zaman fərari olmadığı deyib. O bildirib ki, Bin Laden 2006-ci ildən bəri Pakistan kəşfiyyat xidməti tərəfindən əsiri kimi saxlanılıb.

Amerikalı jurnalistə bu informasiyaları adını açıqlamayan yüksək vəzifəli ABŞ kəşfiyyat səlahiyyətlisi verib. İddialara görə, Pakistanın kəşfiyyat nümayəndələrindən biri 25 milyon dollar müqabilində Bin Ladenin yerini ABŞ-a bildirib.

Herş başından vurulan "əl-Qaidə" liderinin bədənindən bəzi parçaların bir torbaya qoyulduğunu və Əfqanıstanın Cəlalabad şəhərinə gedən bir vertolyotdan Hinduquş dağlarına atıldığını deyib. "əl-Qaidə" lideri Usamə Bin Laden ABŞ xüsusi qüvvələrinin 2 may 2011-ci il tarixində Pakistanaa təşkil etdiyi bir əməliyyatda öldürülüb. Jurnalist təşkilat liderinin islami qaydalara uyğun olaraq dəfn edildiyi iddiasının yalan olduğunu bildirib.

Herş yazısında Bin Ladenin öldürülməsinin Obamanın ilk prezidentlik dövründəki ən böyük müvəffəqiyyəti olduğunu qeyd edib. O bildirib ki, Obamanın bu uğuru daha bir dövr daha prezident seçilməsində mühüm rol oynayıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler