» » Barak Obama bütün ştatlara səfər edən

Barak Obama bütün ştatlara səfər edən 4-cü ABŞ prezidenti olub

Bölmə: Siyasət
Barak Obama bütün ştatlara səfər edən
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama öz hakimiyyəti dövründə 50 ştatın hamısına səfər edən 4-cü ABŞ dövlət başçısı olub.

ans press "Reuters" agentliyinə istinadən məlumat verir ki, Obamanın hakimiyyətdə olduğu 6 il yarım ərzində səfər etdiyi sonuncu ştat Cənubi Dakota olub. Burada Obama Uotertaun şəhərinin kollec tələbələri qarşısında çıxış edib.

Bu region Respublikaçılar partiyasının istinadgahı hesab edilir və artıq uzun illərdir demokratlara səs vermir.

Obamadan qabaq 50 ştatın hamısına səfər edən ABŞ prezidenti isə 1969-1974-cü illərdə hakimiyyətdə olan Riçard Nikson olmuşdu. O, bütün ştatlara 3 ildən az müddətdə səfər etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler