» » Əli Həsənov məmurları tənqid etdi:

Əli Həsənov məmurları tənqid etdi: “O ölkələrdə biznesləri var”

Bölmə: Siyasət, BLOK XƏBƏR
Əli Həsənov məmurları tənqid etdi:“ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya son 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində heç bir iş görməyib”.


Xalqinfo.az trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı çıxışında deyib. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın yeganə həll olunmamış problemi Dağlıq Qarabağ problemidir: "Dağlıq Qarabağ məsələsinin həll olunmamasının səbəbi ABŞ, Fransa və Rusiyanın ədalətsiz mövqeyidir. Bu münaqişə həll olunmayana, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayana qədər mən bu dövlətləri tənqid edəcəm".

Ə.Həsənov vurğulayıb ki, başda Qorbaçov olmaqla bu problem Sovet İttifaqı tərəfindən yaradılıb, Yeltsin davam etdirib və bu gün də qalmaqdadlr.

Ə.Həsənov Azərbaycanın bəzi yüksək rütbəli məmurlarını da bu məsələdə səssiz qalmaqda qınayıb: "Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər. Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler