» » O,seçilsə ABŞ-da eynicinsli nikahlar

O,seçilsə ABŞ-da eynicinsli nikahlar olmayacaq

Bölmə: Siyasət, Dünya
Məşhur neyrocərrah Ben Karson ABŞ prezidenti olmaq uğrunda mübarizəyə qoşulub.O,seçilsə ABŞ-da eynicinsli nikahlar

Xalqinfo.az-ın məlumatına görə, qaradərili cərrah namizədliyini respublikaçılar partiyasından irəli sürmək niyyətindədir. O, telekanallardan birinə müsahibəsində belə deyib: "Mən siyasətçi olmasam da, bir çox insan prezident seçkilərinə qatılmağımı istəyir".

63 yaşlı Ben Karson 1987-ci ildə ilk dəfə olaraq başdan bitişik böyüyən siam əkizlərini ayırıb. 2009-cu ildə onun haqqında "Qızıl əllər" adlı film də çəkilib. Həkimlik karyerasını artıq başa vuran Karson abort və eynicinsli nikahların qatı əleyhdarı kimi də tanınır.

Xatırladaq ki, ABŞ qanunlarına görə, indiki prezident Barak Obama növbəti dəfə prezidentliyə namizədliyini verə bilməz. 2016-cı ildə keçiriləcək seçkilərdə iştirak edənlər arasında keçmiş birinci xanım, dövlət katibi Hillari Klinton, Florida ştatının keçmiş qubernatoru, Corc Buşun qardaşı Ceb Buş da var. Favorit namizəd isə Hillari Klinton sayılır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler