» » Ermənistanda yeni Qarabağ qorxusu

Ermənistanda yeni Qarabağ qorxusu (Foto)

Bölmə: Siyasət, Dünya
Ermənistanda Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayan xəritə yayılıb Ermənistanda yeni Qarabağ qorxusu

Ermənistanın populyar portallarından olan “Lragir”də bu gün dərc olunmuş xəritədə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilir.

Xalqinfo.az-ın məlumatına görə, şərhçi İqor Muradyanın Türkiyə və İran münasiöbətlərinə həsr edilmiş məqaləsinə aid şəkil kimi yerləşdirilmiş xəritədə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi göstərilir. Bu, Ermənistandakı ənənəvi yanaşmadan köklü şəkildə fərqlənir. Çünki əksər erməni portallarında Dağlıq Qarabağ və işğal edilmiş digər rayonları Ermənistanın bir hissəsi kimi göstərirlər.

İqor Muradyanın məqaləsində daha bir məqam diqqəti çəkir. O, İranla Türkiyənin sərhədinin 1639-cu ildən dəyişmədiyini irəli sürür. Beləliklə, Muradyan əksər erməni politoloqlardan fərqli olaraq Azərbaycanın dövlət müstəqilliyinin tarixiliyini qəbul edir.

Əksər erməni politoloqlar isə Cənubi Qafqazda 1828-ci ilə qədər mövcud olmuş xanlıqları İranın tərkib hissəsi sayırlar və Azərbaycan dövlətçiliyinin yalnız 1918-ci ildə yarandığını iddia edirlər.

Ermənistanda yeni Qarabağ qorxusu
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler