» » Aİ Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımır

Aİ Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımır

Bölmə: Siyasət, KİTAB ALƏMİ, MANŞET
Aİ Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımırAvropa İttifaqı bəyanat yayaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımadığını bildirib.

Xalqinfo.az-ın məlumatına görə,bəyanatda deyilir ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz.

Qeyd edilir ki, Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları istiqamətində səylərini dəstəkləyir. Avropa İttifaqı münaqişənin tezliklə sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləməkdə davam edəcək.
Mənbə
AZƏRTAC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler