» » İlham Əliyev və Sarkisyanın qəfil görüşü

İlham Əliyev və Sarkisyanın qəfil görüşü

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev və Sarkisyanın qəfil görüşüİlin sonuna kimi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tuta bilər.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında bildirilir. Bəyanatda bildirilir ki, artıq bu istiqamətdə müəyyən işlər görülür.

Həmsədrlər yada salıblar ki, Parisdə Ermənistan və Azərbayjan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyrovla görüşüblər. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də olub.

XİN başçıları Fransa prezidenti Ollandın Bakıda və İrəvanda 24-25 apreldə keçirdiyi görüşlər barədə məlumat veriblər.

Görüş zamanı həmsədrlər dialoqun fəallaşmasının vacibliyini qeyd ediblər və vurğulayıblar ki, ilin sonuna kimi prezidentlərin görüşü üçün hazırlığı davam etdirirlər.

Nazirlər dövlət başçılarının görüşünün gündəliyinin formalaşdırılması üçün görüşləri davam etdirmək barədə razılaşıblar. Onlar vasitəçilərin regiona gözlənilən səfərlərini də alqışlayıblar.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler