» » Pənah Hüseyn deputatlığa namizəd olacaq

Pənah Hüseyn deputatlığa namizəd olacaq

Bölmə: Siyasət
Pənah Hüseyn deputatlığa namizəd olacaq““Azadlıq-2015” seçki blokuna daxil olan səkkiz partiya sədrinin əksəriyyəti parlament seçkilərində iştirak qərarı verib”.

Bunu apa-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O, hazırda blokun seçki qərargahının Sədrlər Şurası ilə birlikdə ayrı-ayrı partiyaların dairələr üzrə təqdim etdiyi namizədləri müəyyənləşdirdiyini bildirib: “Dairələrdə bu namizədlərin şanslarının olub-olmaması aydınlaşdırılır. Əgər bir dairədən bir neçə namizəd varsa, onda hansının daha çox şanslı olması müəyyən edilir”.

AXP sədri deputatlığa namizədliyini irəli sürəcəyini də açıqlayıb: “Hansı dairədən namizədliyimi irəli sürəcəyim barədə qərarı yaxın günlərdə açıqlayacağam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler