» » Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaqlar

Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaqlar

Bölmə: Siyasət
Ukraynanın sabiq prezidentləri Bakıda toplaşacaqlar Ukraynaya rəhbərlik etmiş Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko aprelin sonunda Azərbaycana gələcəklər
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda sabiq prezidentlərin Ukraynadakı vəziyyətə dair çıxışları nəzərdə tutulub. Tədbirdə nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, 1991-ci ildən 2010-cu ilədək Ukraynaya rəhbərlik etmiş L.Kravçuk, L.Kuçma və V.Yuşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdürlər.

Xatırladaq ki, aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda BMT-nin keçmiş baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer kimi nüfuzlu siyasətçilər, həmçinin Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, Andorranın baş naziri Antoni Marti və bir sıra ölkələrin eks-prezidentləri, sabiq hökumət rəhbərləri iştirak edəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler