» » ABŞ-ın Azərbaycandakı səfiri ilk səfərini qərb bölgəsinə edib

ABŞ-ın Azərbaycandakı səfiri ilk səfərini qərb bölgəsinə edib

Bölmə: Siyasət
ABŞ-ın Azərbaycandakı səfiri ilk səfərini qərb bölgəsinə edibKəpəz TV (Region TV) xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunan səfiri Robert Sekuta ilk səfərini qərb bölgəsinə edib. Səfir öncə Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Regional Təlim Bazasında olub.

Burada səfiri ANAMA-nın direktor müavini Qəzənfər Əhmədov qarşılayıb. Texniki baza ilə tanış olan Robert Sekuta daxili qoşunlar üçün bölmələrin təlim prosesini müşahidə edib. Təlim Keyfiyyət Nəzarət Qrupu tərəfindən təqdimata baxış keçirilib. Qrupun rəhbəri Elnur Qasımov tərəfindən fəaliyyətlə əlaqədar məlumat verilib. Daha sonra isə səfir minatəmizləyənlərin çöl əməliyyatına baxıb.

Robert Sekuta Gəncəyə də səfər edib. Səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. İcra başçısı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verib. ABŞ səfiri isə çıxışı zamanı səmimi qarşılanmaya görə təşəkkür edib və bildirib ki, şəhərdə aparılan quruculuq işləri onda xoş təəssürat yaradıb. Çünki Gəncə müasirləşməsi zamanı qədimliyini də qoruyub-saxlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler