» » "Azərbaycanın bu uğurları anti-Azərbaycançı şəbəkələri "narahat" etməyə bilməz"

"Azərbaycanın bu uğurları anti-Azərbaycançı şəbəkələri "narahat" etməyə bilməz"

Bölmə: Siyasət
"Azərbaycanın bu uğurları anti-Azərbaycançı şəbəkələri "narahat" etməyə bilməz"“İdman mərkəzinə çevrilmiş dövlətimizin davamlı uğurlarına anti-Azərbaycançı şəbəkə indi də yeni böhtan kampaniyası ilə cavab verir”.

Bu barədə trend-ə Milli Məclisin deputatı Leyla Abdullayeva ilk Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı artan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.

L.Abdullayeva bildirib ki, ilk Avropa Oyunları kimi bir idman festivalının ölkəmizdə keçirilməsində, təbii ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, getdikcə artan reytinqi və əlaqələrinin genişlənməsi də həlledici rol oynayıb:

“İlk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyi heç kimdə şübhə doğurmur. Çünki Azərbaycanın bu istiqamətdə böyük təcrübəsi var. Unutmayaq ki, Avropa Oyunlarına qədər ölkəmizdə çoxsaylı Avropa çempionatları keçirilib. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edərkən dünyaya göstərdiyi təşkilatçılıq nümunəsini Avropa Oyunları ilə bir daha ortaya qoyacaq və reytinq cədvəlində daha da irəliləyəcək”.

L.Abdullayeva vurğulayıb ki, söz yox ki, Azərbaycanın bu uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları “narahat” etməyə bilməz:

“Xarici anti-Azərbaycançı şəbəkə və onların icraçılarına çevrilən bəzi yerli dairələr ilk Avropa Oyunları ərəfəsində də köhnə peşələrini davam etdirirlər. “Demokratiya çətiri” altında pərdələnən “Amnesty İnternational”, “Fredoom House”, “Human Rights Watch” və “Azadlıq” radiosu idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar. Əslində bu qurumlar üçün heç nəyin fərqi yoxdur, təki, Azərbaycan əleyhinə istənilən mövzu olsun. Onlar müxtəlif yollarla qarayaxma planlarını həyata keçirməyə çalışacaqlar və bu, yeni bir proses deyil”.

Milli Məclisin deputatı deyib ki, Azərbaycanı gözdən salmaq, qorxulu ölkə kimi Avropaya təqdim etmək istəyənlər şər qüvvələr “dəridən-qabıqdan” çıxsalar da, heç bir “uğur” əldə edə bilmirlər. Onun sözlərinə görə, bu qüvvələrin və onların ölkəmizdəki əlaltılarının çirkin əməlləri daim bumeranq effekti verib:

“Apardıqları çirkin kampaniyanın heç bir effekt verməyəcəyini yaxşı bilən bu qurumlar sadəcə öz “missiyalarını” yerinə yetirirlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler