» » Azərbaycan ABŞ ilə hərbi əlaqələrini razılaşdırır

Azərbaycan ABŞ ilə hərbi əlaqələrini razılaşdırır

Bölmə: Siyasət
Azərbaycan ABŞ ilə hərbi əlaqələrini razılaşdırırAzərbaycan və ABŞ arasında ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən trend-ə bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrinin razılaşdırılması üzrə konfrans keçirilib.

Konfransda ölkələrimiz arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il üçün İş Planı"nın layihəsi müzakirə edilib.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler