» » Ərdoğanın İran səfəri başladı-

Ərdoğanın İran səfəri başladı- Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR
Ərdoğanın İran səfəri başladı-
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri başlayıb.

Xalqinfo.az -ın məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə prezidentini Tehrandakı Sadabad Sarayında qarşılayıb.

R.T.Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran və Türkiyə prezidentləri fəxri qarovul dəstəsinin önündən keçiblər.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti əsasında reallaşdırılan səfərdə R.T.Ərdoğanı xarici işlər naziri Mövlut Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, gömrük və ticarət naziri Nurəddin Canıklı, enerji və təbii sərbətlər naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik və inkişaf naziri Cevdet Yılmaz müşaiyət edirlər.

Türkiyədən İrana prezident səviyyəsində 4 il aradan sonra baş tutan ziyarətdə Türkiyə-İran Yüksək Səviyyəli İş Birliyi Şurasının ikinci toplantısı keçiriləcək. Həmçinin İranın dini lideri Ayətullah Seyyid Əli Xameneyi və prezident Həsən Ruhani ilə Tehranda görüş nəzərdə tutulur.

Görüşlərdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələrin indiki vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.anspress


Ərdoğanın İran səfəri başladı-
Ərdoğanın İran səfəri başladı-
Ərdoğanın İran səfəri başladı-
Ərdoğanın İran səfəri başladı-
Ərdoğanın İran səfəri başladı-
Ərdoğanın İran səfəri başladı-
Ərdoğanın İran səfəri başladı-
Ərdoğanın İran səfəri başladı-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler