» » İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar

İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar
Aprelin 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.


“Qafqazinfo”nun məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Prezident İlham Əliyevi salamlayıb. Sonra baş katib İyad bin Amin Mədəni və İlham Əliyev birgə nahar ediblər.

Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və Prezident İlham Əliyev çıxış ediblər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü olub.

Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirilib.



Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.qafqazinfo



İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar
İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar
İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar
İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar
İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar
İlham Əliyev İƏT-in baş katibi ilə nahar etdi- Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler