» » “ABŞ-la dialoqa hazırıq”

“ABŞ-la dialoqa hazırıq” Bəşər Əsəd

Bölmə: Siyasət
 “ABŞ-la dialoqa hazırıq”
ABŞ xarici işlər naziri Con Kerrinin “Sonunda Əsədlə müzakirə etməyimiz lazımdır”,- tipli açıqlamasından sonra Suriya prezidenti Bəşər Əsəd də dialoqa hazır olduğunu açıqlayıb.

Belə ki, Bəşər Əsəd, Amerikanın CBS kanalına danışaraq ABŞ-la dialoqa hazır olduqlarını söyləyib. Ortaya çıxacaq və başlanmalı olan dialoqun qarşılıqlı hörmətə əsaslanmalı olduğunu vurğulayan Əsəd, ABŞ-la birbaşa bir əlaqələrin olmadığını bildirib. O, “Prinsip olaraq, Suriyada bütün dialoqların müsbət olduğunu düşünürük”,- deyib. “ABŞ da daxil olmaqla, kiminlə olursa, olsun, qarşılıqlı hörmətə əsaslanan, Suriyanın suverenliyinə təzyiq edilməyən dialoqa açığıq,- deyə Suriya dövlət başçısı fikrini açıqlayıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler