» » İran və ABŞ-dan tarixi razılıq-

İran və ABŞ-dan tarixi razılıq-

Bölmə: Siyasət
İran və ABŞ-dan tarixi razılıq-
Uzun müddətdir ki, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar dünya mediasının gündəmindən düşmək bilmirdi. Hətta danışıqların müsbət nəticələnəcəyi təqdirdə Amerika Birləşmiş Ştatları ilə İran arasında buzların əriyəcəyindən ehtiyyatlanan İsrailin baş naziri Netanyahu Konqresdə çıxış da etdi. Amma bütün baş verənlərə baxmayaraq, deyəsən danışıqlar nəticə verir. Artıq ilkin razılaşma da əldə olunub.

ANS TV-nin məlumatına görə, Tehranın nüvə proqramı ilə bağlı aparılan müzakirələrdə Amerikalı nümayəndələrlə “Arak” nüvə reaktoruna dair razılığa gəlinib. Yekun sazişin bağlanmasına mane olan bütün texniki əngəllər aradan qalxıb. İranın vitse-prezidenti və nüvə agentliyinin rəhbəri Əli Əkbər Salehinin sözlərinə görə, nüvə proqramı üzrə danışıqlarda “yalançı narahatlıqlar” çözülüb.

Əli Əkbər Salehinin sözlərinə görə, qarşı tərəflə apardığımız danışıqlarda əsas nəzər nöqtəsi uranın zəngilləşdirilməsi və “Arak” tədqiqat reaktoru olub: “Üçüncü məsələ nüvə tədqiqatlar və istehsalı və “Fordo” nüvə obyekti olub. Həmçinin xırda - əhəmiyyətsiz məsələləri də müzakirə etmişik. Zənginləşdirmə və “Arak” reaktoru məsələsinə gəlincə - bu istiqamətdə mühüm irəliləyişlərə nail olmuşuq və texniki təkliflərlə belə demək olarsa, onların “yalançı narahatlıqlar”ını və nigarançılıqlarını aradan qaldırmışıq”.

İran, ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyadan ibarət “Altılıq qrupu” martın sonuna kimi İranın mübahisəli nüvə proqramı ilə bağlı ilkin razılaşmaya gəlməyə çalışır. Və iyunun 30-a kimi isə yekun saziş bağlamağı planlaşdırlar.

Baxmayaraq ki, ötən həftə İsrailin Baş naziri Netanyahu Konqressdəki çıxışı zamanı Amerikanı İranın nüvəylə silahlanmasına qarşı xəbərdar etmişdi. Netanyahu İranın bütün dünya üçün təhlükə olduğunu dilə gətirərək, İslam Respublikasının hər zaman ABŞ-a düşmən olacağını söyləmişdi. Netanyahunun bu çıxışı Vaşinqton və Nyu-Yorkda etirazlara səbəb olmuşdu.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler