» » Saakaşviliyə görə diplomatik qalmaqal yaranıb

Saakaşviliyə görə diplomatik qalmaqal yaranıb

Bölmə: Siyasət
Saakaşviliyə görə diplomatik qalmaqal yaranıb

Ukraynanın Gürcüstandakı səfiri Vasil Tsıbenko Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın xəbərinə görə, nazirlikdə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasının sədri rəhbəri təyin olunması ilə əlaqədar səfirdən izahat tələb olunub.

Gürcüstan XİN faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba da bu ölkənin müvafiq qurumlarından məsələ ilə əlaqədar izahat istəmək niyyətindədir.

Qeyd edək ki, fevralın 13-də Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasının sədri və özünün ştatdankənar müşaviri təyin olunması haqqında sərəncam imzalayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler