» » ABŞ konqresmeni Azərbaycanın müdafiəsinə qalxdı

ABŞ konqresmeni Azərbaycanın müdafiəsinə qalxdı

Bölmə: Siyasət
ABŞ konqresmeni Azərbaycanın müdafiəsinə qalxdı
“Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanla əməkdaşlıq davam etdirilməlidir”

Amerikalı konqresmen Maykl Törner 2015-ci ilin 12 fevral tarixində ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün bəyanat verib.

APA-nın məlumatına görə, bəyanatda konqresmen M. Törner Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq Bakı-Tiflis-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini önə çəkib. Amerikalı konqresmen bəyanatında Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. Həmçinin bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb.

Xatırladaq ki, ötən gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib. "Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları" mövzusunda təşkil olunmuş dinləmələrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Odri Alştadt və Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel çıxış ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler