» » Ərdoğan Putinlə görüşə gedir

Ərdoğan Putinlə görüşə gedir

Bölmə: Siyasət
Ərdoğan Putinlə görüşə gedir
Xalqinfo.az xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 2015-ci ildə Rusiyaya rəsmi səfərə gedəcək.

ans press-in məlumatına görə, Türkiyənin Rusiya Federasiyasındakı səfiri Ümid Yardım bildirib ki, prezident Rəcəb Tayyip Ərdoğanın səfəri çərçivəsində Rusiya və Türkiyə arasında yüksək səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək.

Onun sözlərinə görə, bu il ərzində Türkiyə prezidentinin Rusiya digər səfərləri də istisna deyil. Belə ki, o, Böyük Vətən müharibəsində qələbənin 70 illiyinin bayram mərasiminə dəvət olunub, amma bu barədə qəti qərar verilməyib.

Diplomat deyib ki, R.T.Ərdoğanın Moskvaya bütün səfərlərində prezident Vladimir Putinlə görüşləri nəzərdə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler