» » İlham Əliyev qəbul keçirdi

İlham Əliyev qəbul keçirdi

Bölmə: Siyasət
İlham Əliyev qəbul keçirdi
Prezident İlham Əliyev fevralın 10-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib.

ans press-in məlumatına görə, Arkadi Dvorkoviç Rusiya Federasiyasının prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı prezident Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Federasiyasının prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler