» » “Süni siyasət heç kəsin xeyrinə deyil”-

“Süni siyasət heç kəsin xeyrinə deyil”- İlham Əliyev

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Süni siyasət heç kəsin xeyrinə deyil”-

"Bizim üçün ən əhəmiyyətli olan - bu münaqişənin həllini tapmaqdır. Əlbəttə, biz ümid edirik ki, həmsədrlər bizə qərarı tapmaq üçün daha çox kömək edəcəklər. Biz güman edirik ki, bütün tərəflərin xeyrinə qərar veriləcək". ans-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində deyib.

O qeyd edib ki, Bakı regional əməkdaşlığı intensivləşdirməyə çalışır: "Gürcüstanla ikitərəfli münasibətlər, regional əməkdaşlığın yaxşı nümunəsi var və belə əlaqələr Cənubi Qafqazda inkişaf edə bilər. Əgər Ermənistan və Azərbaycan arasında münaqişə nizama salınacaqsa, onda Ermənistan energetika təhlükəsizliyi sahəsində bizim layihələrimizə qoşula biləcək. Biz ümid edirik ki, Rusiya hökuməti həmçinin bunda maraqlıdır, axı hər bir ölkə öz sərhədlərində sülhə, dost mühitinə malik olmaq üçün maraqlı olmalıdır".

Bu əlaqədə Azərbaycan prezidenti Dağlıq Qarabağın ətrafında münaqişənin qısa müddətə nizama salınmalı olduğunu bildirib: "Süni siyasət heç kəsin xeyrinə deyil. Bütün dövlətlər öz qonşularında sabitliyə və sabitlikdə maraqlı olmalıdır. Qonşularda sabitlik öz ölkəsində və öz regionunda sabitliyi bildirir. Qafqaz Rusiyanın hissəsidir. Qafqaz – böyük regiondur, hansı ki, burada üç müstəqil respublika var, həmçinin Rusiya Federasiyasının bir neçə subyekti, hansılar ki, Azərbaycanla möhkəm mədəni əlaqələrə malikdirlər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler