» » YAP seçki hazırlıqlarına start verdi -

YAP seçki hazırlıqlarına start verdi - Video

Bölmə: Siyasət, BLOK XƏBƏR
YAP seçki hazırlıqlarına start verdi -
Bu il keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası Milli Məclisdə onları təmsil etməli olan vəkilləri ciddi araşdırmadan sonra müəyyənləşdirəcək”.

ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib. O bildirib ki, partiya xeyli öncə seçki hazırlıqlara başlayıb.

“Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələrin çoxlu səbəbləri içərisində YAP-ın hər bir seçki kampaniyasına ciddi hazırlaşması da daxildir. Əlbəttə hazırlıq proseslərində bir çox məsələlər, o cümlədən Yeni Azərbaycan Partiyasını təmsil etməli olan insanlar müəyyənləşdiriləcək. Amma bu ciddi araşdırmalar nəticəsində olacaqdır. Bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı və seçiciləri qane edir. Növbəti parlament seçkilərində bu, mütləq nəzərə alınacaq. Bütövlükdə biz həmişə o mövqedən çıxış etmişik ki, Yeni Azərbaycan Partiyasını layiqincə təmsil etməyə qadir olan, Azərbaycan seçicilərinin rəğbətini qazana biləcək insanların namizədliyini irəli sürək ki, seçki prosesində layiqli kampaniya aparıb seçicilərin səslərini qazana bilsinlər”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler