» » Nazirlərin əhali ilə görüş

Nazirlərin əhali ilə görüş “qaydaları”

Bölmə: Siyasət, BLOK XƏBƏR
Nazirlərin əhali ilə görüş Yaxın keçmişdə bölgələrdə, xüsusilə də ucqar kəndlərdə insanların hansısa nazirlə görüşüb ona problemlərini çatdırması yuxu kimi görünürdüsə, bu gün artıq ayrı-ayrı nazirlər bölgələrdə görüşlər keçirirlər.


Xalqinfo.az modern.az-a istinadən xəbər verir ki, ölkə Prezidentinin tapşırığı ilə həyata keçirilən bu görüşlər nazirlərin vətəndaş üçün əlçatmaz olması kimi düşüncələri əridib. Təbii ki, bu kimi hallar təqdir olunur. Çünki bu məsələ insanların işini asanlaşdırır, onların bir məsələ üçün baş şəhərə ayaq döyməsinin qarşısını alır. Yəqin hər biriniz üçün maraqlıdır ki, bölgələrdə görüş keçirən nazirlərin qəbuluna necə düşmək mümkündür.

Bir müddət əvvəl bu haqda danışan nazirlik rəsmiləri nazirlərin qəbul günləri, müddəti, görüşə gələn vətəndaşların sayı, ən çox dilə gətirdikləri problemlər barədə məlumat vermişdilər. Ayrı-ayrı nazirliyin mətbuat xidməti rəhbərləri nazirlərin hər bir vətəndaşı qəbul etdiyini, kənarda hansısa insanın qalmadığını, əksər problemlərinin yerindəcə həll olunduğunu bildirmişdi. Hətta verilən açıqlamalarda deyilirdi ki, onlara aid olmayan məsələləri belə qeydə alıb aidiyyatı qurumlara çatdırırlar.

Lakin bu günlərdə nazirlərin vətəndaşları qəbulu ilə bağlı Modern.az-a xoşagəlməz məlumat daxil olub. Məlumatda bildirilib ki, nazirlər bölgələrə səfər etməmişdən əvvəl onunla görüşəcək vətəndaşların siyahısı öncədən tərtib edilir. Müraciət edənlər siyahıya salınır. Ancaq siyahını görüş keçirəcək nazirin rəhbərliyində olan bölgədəki qurumlar tərtib etdiyindən ciddi şikayət edəcək şəxslər bu siyahılara salınmırlar.

Yəni prosedur belə olur: Əvvəlcə nazirin qəbulunda olmaq istəyən vətəndaşın hansı probleminin olduğu soruşulur, sonra siyahıya salınıb salınmayacağı məsələsi dəqiqləşdirilir. Əgər vətəndaşın müraciəti onların ürəyincə deyilsə, onun nazirlə görüşünə icazə verilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler