» » Kəmaləddin Heydərov iranlı naziri qəbul edib

Kəmaləddin Heydərov iranlı naziri qəbul edib

Bölmə: Siyasət
Kəmaləddin Heydərov iranlı naziri qəbul edib

Yanvarın 28-də Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Lent.az-ın məlumatına görə, qonaqları səmimi salamlayan Kəmaləddin Heydərov bildirib ki, iki ölkə prezidentlərinin səyləri nəticəsində intensiv inkişaf edən ikitərəfli əlaqələr yeni vüsət alıb. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.

İranlı nazir səmimi qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından bəhs edib. O, iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində də əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler