» » İlham Əliyev GeneralI təbrik etdi

İlham Əliyev GeneralI təbrik etdi

Bölmə: Siyasət
İlham Əliyev GeneralI  təbrik etdi
Prezident İlham Əliyev yanvarın 24-də Avstraliya İttifaqının General-Qubernatoru cənab Piter Kosqroyva Avstraliya günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Avstraliya münasibətləri yeni inkişaf mərhələsinə daxil olmuşdur. Ölkələrimiz arasında intensivləşən siyasi əlaqələr iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar açmışdır. Ümidvaram ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler