» » Azərbaycan FHN-dən Qırğızıstana

Azərbaycan FHN-dən Qırğızıstana HƏDİYYƏ

Bölmə: Siyasət
Azərbaycan FHN-dən Qırğızıstana Qırğız Respublikasına 5 ədəd yanğınsöndürmə avtmobili hədiyyə edilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğız Respublikasından olan həmkarlarına 5 ədəd "АЦ-40" markalı yanğısöndürən maşın verib.
Xalqinfo.az-ın report.az-a istinadən məlumatına görə, Azərbaycan FHN həmin maşınları Qırğız Respublikası FHN nümayəndə heyətinin Qəbələ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının təbii fəlakətlərin idarə olunması üzrə VII Beynəlxalq Konfransda iştirakı çərçivəsində 2014-cü il iyunun 5-də Azərbaycan və Qırğız Respublikasının fövqəladə hallar nazirlərinin ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara əsasən təqdim edib.

Qeyd edək ki, Azərbaycan və Qırğız Respublikası FHN rəhbərləri Kəmaləddin Heydərov və Kubatbek Boronovun görüşünün yekunlarına görə, kadrlar hazırlığı sahəsində, həmçinin 10 ədəd yanğısöndürən maşının Qırğızstana verilməsi ilə texniki yardımın göstərilməsi üzrə razılıqlar əldə olunub. Qalan 5 maşının bu il ərzində verilməsi planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler