» » Soros Əliyevlə görüşdü, sonra bəyanat yaydı

Soros Əliyevlə görüşdü, sonra bəyanat yaydı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Soros Əliyevlə görüşdü, sonra bəyanat yaydıAzərbaycan Prezidenti İlham Əliyev Davosda “Soros Fondu”nun təsisçisi George Soros ilə görüşüb.


Xalqinfo.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda gedən prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Azadliq.org-un məlumatına görə isə Açıq Cəmiyyət (Soros) Fondu Azərbaycanda insan haqlarına təzyiqlərlə bağlı bəyanat yayıb. Fond bəyanatda Azərbaycanda vətəndaş cəmiyyətinə kampaniyanın güclənməsindən, bir neçə tanınmış insan haqları fəalının saxlanmasından dərin narahatlığını bildirib. «Son bir neçə ay ərzində Azərbaycan hökuməti onlarla siyasi fəalı, insan haqları fəalını, jurnalistləri və hüquqşünasları həbs edib, onlara qarşı vəsaitin mənimsənilməsindən tutmuş vətənə xəyanətə qədər müxtəlif ittihamlar irəli sürüb. Bəzilərinə uzunmüddətli həbs cəzaları kəsilib,» bəyanatda deyilir.

Açıq Cəmiyyət Fondu hüquq müdafiəçiləri Leyla Yunus, Rəsul Cəfərov, hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayılın adlarını çəkir.

Bəyanatda daha sonra deyilir ki, hakimiyyət apreldə Açıq Cəmiyyət fondunu da hədəfə alıb. Qurumun yerli bank hesabını dondurub, kompüterlərini müsadirə edib, keçmiş əməkdaşlarını dindirib. Açıq Cəmiyyət İnstitutu hər hansı nöqsana yol verməsi barədə iddiaları rədd edir.

Açıq Cəmiyyət İnstitutunun təsisçisi və sədri George Soros Davosda Prezident İlham Əliyevlə görüşdə prezidenti vətəndaş cəmiyyətinə təzyiqləri azaltmağa və qeydiyyatdan keçmiş xeyriyyə təşkilatlarının təqibinə son qoymağa çağırıb. Qurum bildirir ki, 1999-cu ildən Açıq Cəmiyyət Fondu Bakıda yerli tərəfdaşları ilə birlikdə neft və qaz gəlirlərinin şəffaflığı naminə çalışıb. Soros həmçinin Azərbaycanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə öncül yerini qaytarmaq üçün qətiyyətlə hərəkətə keçməyə çağırıb.
Soros Əliyevlə görüşdü, sonra bəyanat yaydı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler