Müxalifətin parlament seçkilərində iştirakı ilə bağlı təklifBölmə: Siyasət
Azərbaycan Liberal Partiyası (ALP) parlament seçkilərində müxalifətin iştirakı ilə bağlı təklif irəli sürüb.ALP sədri Əvəz Temirxan trend-ə bildirib ki, təmsil etdiyi partiyanın parlament seçkilərində hansı formada iştirakı ilə bağlı təklifi var və bu formada iştirakı məqbul sayır: “Partiyanın parlament seçkilərində iştirak etmək niyyəti var. Amma nə cür iştirak edəcəyimiz barədə hələ yekun qərar qəbul olunmayıb. Fikrimcə, daha yaxşı olar ki, müxalifət partiyaları öz aralarında razılığa gəlsinlər və müxalifətin bir seçki dairəsindən iki namizədi olmasın. Hər bir partiya razılaşdırılmış qaydada ayrı-ayrılıqda və yaxud bir neçə blok ayrı-ayrılıqda iştirak edə bilər. Əsas odur ki, hər bir seçki dairəsindən müxalifətin bir namizədi olsun”. Ə.Temirxan ALP-nin hazırda hər hansı bloka qoşulmaq niyyəti olmadığını qeyd edib: “Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi ilə müəyyən məsləhətləşmələrimiz olub və biz öz fikrimizi onlara da çatdırmışıq. Fəaliyyətlərində uğurlar diləyirik”. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında ALP sədrinin təklifini məqsədəuyğun hesab etsə də, ümumi müxalifətin bununla bağlı razılığa gələ bilməsinin inandırıcı görünmədiyini deyib. Onun sözlərinə görə, bəzi müxalifət partiyaları uzaqgörən olmadığına görə, gündəmi düzgün müəyyən edə bilmir və buna görə də bir araya gəlmək çətin olur. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|