» » Millət vəkili prezidentin Almaniya səfərini şərh edib

Millət vəkili prezidentin Almaniya səfərini şərh edib

Bölmə: Siyasət
Millət vəkili prezidentin Almaniya səfərini şərh edib“Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişdir. Bu səfər rəsmi Berlinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunuı göstərdi və ölkəmizin beynəlxaq müstəvidə qazandığı etimadı bir daha təsdiq etdi”.


qafqazinfo-ya daxil olan məlumata görə, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Fuad Muradov dövlət başçısının səfərini şərh edərkən deyib.

Deputat bildirib ki, Almaniyada dövlət başçıları mühüm bəyanatlar səsləndiriblər:” Kansler Merkelin Azərbaycanı əhəmiyyətli tərəfdaş adlandırmasını rəsmi Berlinin Azərbaycana xüsusi münasibətinin bir amili saymaq olar. Eyni zamanda Merkelin Almaniyanın münaqişənin həlli üçün vasitəçiliyini təklif etməsi mühüm bəyanatdır. Bununla Merkel Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarmızın azad olunması üçün Almaniyanın imkanlarını təklif edir. Bunu münaqişənin həlli üçün Avropa Birliyinin imkanlarından istifadə olunması üçün bir mesaj saymaq olar”.

F. Muradov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təminatında oynadığı mühüm rol bu görüşdə bir daha təsdiqlənib. Kansler Merkelin Avropa ölkələrinin enerji şaxələndirilməsi üçün Bakının böyük töhfə verə viləcəyini deməsi ölkəmizin mühüm tərəfdaş kimi qəbul etdiklərini açıqlayır. Bu baxımdan danışıqlarda “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi vurğulanması həm də prezident İlham Əliyevin yürütdüyü siyasi kursun düzgünlüyünün sübutudur. Almaniya səfəri bu baxımdan uğurlu hesab edirəm. İki ölkə arasında əməkdaşlıqda yeni perspektivlər açır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler