» » Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçiriləcək

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçiriləcək

Bölmə: Siyasət
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçiriləcəkTürkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin builki görüşü Bakıda keçiriləcək.

apa-nın “Georgianpress” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Prezident Administrasiyası rəhbərinin müavini Giorgi Abaşişvili bildirib.

O qeyd edib ki, 3 ölkənin iştirakı ilə sammit hər il keçiriləcək və Gürcüstanın geosiyasi rolunun güclənməsinə təkan verəcək.

İlk sammit ötən il Tbilisidə baş tutub, növbəti görüş isə gələn il Türkiyədə keçiriləcək.

“Gürcüstan prezidenti bu sammitə böyük önəm verir və diqqət ayırır, bu barədə özünün bütün xarici səfərlərində də qeyd edir. Bizim məqsədimiz Gürcüstanın geosiyasi rolunun artması, Asiya və Avropa arasında körpüyə çevrilməkdir ki, bu da region ölkələrinin vasitəsi ilə mümkündür”, - deyə G. Abaşişvili bildirib.

O qeyd edib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler