» » Müsavat parlament seçkilərinə hazırlığa start verdi

Müsavat parlament seçkilərinə hazırlığa start verdi

Bölmə: Siyasət
Müsavat parlament seçkilərinə hazırlığa start verdi“Müsavat Partiyasının parlament seçkilərində iştirak forması barədə danışmaq hələlik tezdir. Biz demokratik qüvvələrin bir arada olmasında maraqlıyıq. Çalışırıq ki, müxalifət qüvvələri arasında qarşıdurmaya son qoyulsun. Bu qarmaqarışıqlığın aradan qaldırılması bütün demokratik qüvvələrin, eyni zamanda Azərbaycan cəmiyyətinin maraqlarına uyğundur. Biz əlimizdən gələni edirik və bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Ancaq əgər ciddi siyasi qüvvələrin koalisiyasına, seçki blokunun yaranmasına nail ola bilməsək,Müsavat Partiyası parlament seçkilərində ayrıca - öz namizədləri ilə iştirak edəcək”.

Bunu apa-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, Müsavat Partiyası Məclisinin sonuncu toplantısında partiyanın 2015-ci il üçün fəaliyyət istiqamətlərinə dair qəbul edilən sənəddə həm də partiyanın parlament seçkiləri ilə bağlı fəaliyyət istiqaməti öz əksini tapıb. Onun sözlərinə görə, Müsavat Partiyası artıq seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi prosesinə başlayıb: “Biz seçki ilində Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları və siyasi birliklərlə seçki islahatlarının həyata keçirilməsi, seçki prosesinin müşahidə edilməsi və başqa məsələlərlə bağlı əməkdaşlıq etməyi məqsədəuyğun sayırıq. Seçki blokunun yaradılması imkanlarını da araşdırırıq. Müsavat Partiyası artıq seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi prosesinə başlayıb. Gələn həftə bu barədə partiyanın rəsmi qərarı qəbul olunacaq. Seçki dairələri üzrə namizədlərimizi müəyyənləşdirəcəyik və həmin namizədlərin bu ərazilərdə fəaliyyətə başlaması ilə əlaqədar konkret planlarımız yaxın zamanda açıqlanacaq”.

Müsavat başqanı AXCP sədri Əli Kərimli ilə görüşünün başqa istiqamətlərə yönəldilməsi, Müsavatla əməkdaşlığın lazımsızlığı barədə qarşı tərəfdən səslənən ittihamlara da cavab verib: “Biz öz məramımızı həyata keçirmək üçün səylərimizi davam etdiririk. Hesab edirəm ki, bütün bunlara Azərbaycan cəmiyyəti obyektiv qiymət verəcək. Bu günə kimi Azərbaycanda keçirilən bütün seçkilərdə administrativ resursdan istifadə edən hakimiyyət nümayəndələri istisna olmaqla,Müsavat Partiyası digər siyasi partiyalar və onların nümayəndələrindən daha çox səs alıb. Bu, Azərbaycan cəmiyyətində Müsavat Partiyasına olan böyük etimadın nəticəsidir. Seçki ilində də Müsavat Partiyasının nüfuzunun daha da artmasına, bu etimadın çoxalmasına çalışırıq. Əgər kimlərsə bu prosesdə Müsavat Partiyası ilə birlikdə olmaq istəməyəcəklərsə, özünütəcrid siyasəti aparacaqlarsa, bu da onların seçimidir və biz bunu dəyişdirə bilmərik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler