Prezidentin Almaniya səfərindən- FotolarBölmə: Siyasət, BLOK XƏBƏR
Yanvarın 20-də Berlində Azərbaycan prezidenti İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub. Xalqinfo.az Azərtac-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirib. Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı. Daha sonra prezident Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb. Görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olundu, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|