» » Qadın ərinin cinsiyyət orqanın təkrar kəsdi

Qadın ərinin cinsiyyət orqanın təkrar kəsdi

Bölmə: Siyasət, Dünya, MARAQLI
Qadın ərinin cinsiyyət orqanın təkrar  kəsdi Çində qeyri-adi hadisə baş verib.

Xalqinfo.az-ın məlumatına görə, çinli bir qadın həyat yoldaşının cinsiyyət orqanını kəsib. Hadisəyə səbəb isə 32 yaşındakı 5 uşaq atası Fan Lunqun başqa bir qadınla eşq yaşaması olub. Beləki, Fan Lunq emailindən 21 yaşındakı Zanq Huna sevgi mesajları göndərib. Lakin email ünvanından çıxış etməyi unudub. Komputerə girən arvadı isə ərinin sevgi mesajlarını görüb.

Fenq adlı xanım bu vəziyyətdə həddindən artıq əsəbləşib. Əlinə qayçı alan qadın, yataq otağına gedib və yatan ərinin cinsiyyət orqanını kəsib. Xəstəxanaya qaçan Fan cinsiyyət orqanını yerinə tiktirə bilib.

Ərinin arxasından xəstəxanaya gedən Fenq isə ərinin cinsiyyət orqanını ikinci dəfə kəsib və pəncərədən çölə atıb. Bu zaman qadın və əri arasında dava baş verib. Çılpaq vəziyyətdə olan kişi arvadının hərəkətlərindən qəzəblənərək onu döyməyə başlayıb. Xəstəxana işçiləri davaya müdaxilə edərək ər və arvadı ayırıblar.

Həkim və polislər kişinin pəncərədən çölə atılan cinsiyyət orqanını axtarsalarda tapa bilməyiblər. Onu küçə heyvanlarının apardığı güman edilir.

Fanın sevgilisi isə onun cinsiyyət orqanının itirməsinin əhəmiyyətli olmadığını deyib. Qadın Fan ilə ilk fürsətdə evlənəcəyini söyləyib. Hadisədən sonra isə Fanın arvadı Fenq həbs olunub.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler