Obama Fransaya xəbərdarlıq etdi

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR
Obama Fransaya ABŞ prezidenti Barak Obama Fransada “Şarli Ebdo” satirik jurnalına edilən hücumdan sonra ilk dəfə hadisə ilə bağlı danışıb.


Xalqinfo.az Qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, Obama Fransanın uzun müddət terror təhlükəsi ilə üz-üzə qalacağını bildirib:

“Fransız rəsmilərin terrorla mübarizə sahəsindəki peşəkarlığı sayəsində bu təhlükənin aradan qaldırıldığına ümid edirik, lakin Fransa hökuməti terror təhlükəsiylə yenə də üzləşəcək. Buna görə də ayıq olmalıdır”.

ABŞ prezidenti eyni zamanda, Fransa xalqına hər zaman dəstək olacağını da qeyd edib: “Fransa prezidenti Fransua Olland xalqı qorumaq üçün nə lazımdırsa edəcək. Eləcə də biz də lazımi köməkliyi göstərəcəyik. Fransa bizim ən keçmiş müttəfiqlərimizdən biridir. Fransa xalqı bilsin ki, ABŞ olaraq bu gün də, gələcəkdə də sizin yanınızda olacağıq. Dualarımız sizinlədir. Bizi dost və müttəfiq olaraq bir-birimizə bağlayan dəyərləri qorumaq üçün sizinlə birlikdə mübarizə aparacağıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler