» » İranın dini lideri xəbərdarlıq

İranın dini lideri xəbərdarlıq etdi

Bölmə: Siyasət, Dünya
İranın dini lideri  xəbərdarlıq İranın Ali Dini lideri Seyid Əli Xamneyi Tehranın nüvə müzakirələrində geriyə çəkiləcəyi təqdirdə belə ABŞ-ın sanksiyalardan imtina etməyəcəyini bildirib.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, Xamneyi bunu Qum şəhərində onunla görüşə gələn bir qrup insan qarşısında çıxış edərkən deyib.

“Amerikalılar İran nüvə müzakirələrində geri addım atsa belə, sanksiyaları tamamilə ləğv etməyəcəklərini çirkinliklə söyləyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin ortaya çıxan gizli işgəncələri həminşə azadlıqdan dəm vuram Amerika həqiqətilə uyğun gəlmir. Mən müzakirələrin əleyhinə deyiləm, amma xəyala deyil, həqiqətə inanıram”, - Xamneyi bildirib.

Ali dini lider bir müddət əvvəl prezident Həsən Ruhaninin səsləndirdiyi, “Müzakirələr və xarici siyasət ideallarla deyil, mənfəətlərlə aparılır” açıqlamasına da xəbərdarlıq mesajı ünvanlayıb:
“Bəli, düşmənlərin ideallarla işi yoxdur, ancaq bu ideallardan geriyə addım atılacağı təqdirdə düşmən buna da əl uzadar. Buna görə də düşmənin niyyətləri ağıllı şəkildə analiz edilməlidir”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler