» » Zahid Qaralov vəfat etdi

Zahid Qaralov vəfat etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR
Zahid Qaralov vəfat etdiİctimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Zahid Qaralov vəfat edib.


Xalqinfo.az xəbər verir ki, bu barədə report-a onun yaxınları məlumat verib.Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib.

Qeyd edək ki, məşhur 91-lərdən olan Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirib.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler