» » Xəzərdə Rusiya, Azərbaycan və Qazaxıstan birgə təlimlər keçirəcək

Xəzərdə Rusiya, Azərbaycan və Qazaxıstan birgə təlimlər keçirəcək

Bölmə: Siyasət
Xəzərdə Rusiya, Azərbaycan və Qazaxıstan birgə təlimlər keçirəcək2015-ci ildə Xəzər dənizində Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.

apa-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib ki, üçtərəfli təlimlər iyun-iyul aylarında dənizin orta hissəsində olacaq.

Təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.

Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.

Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler