DataLife Engine > Mədəniyyət > "Axınla aşağı” filminin təqdimatı keçiriləcək

"Axınla aşağı” filminin təqdimatı keçiriləcək


17-12-2014, 12:59. Yerləşdirdi: Esi "Axınla aşağı” filminin təqdimatı keçiriləcəkDekabrın 19-da saat 19:00-da Nizami kino Mərkəzində dövlət sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Axınla aşağı” bədii filminin təqdimatı keçiriləcək.Xalqinfo.az-ın kino.org.az-a istinadən bildirir ki, idmançı gənclərin həyatı fonunda inkişaf edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mrzəzadə, Quruluşçu rəsamı Rafiz İsmayılov, İcraçı prodüseri Nadir Əliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Mehriban Zəki, Namiq Ağayev və digər aktyorların rol aldığı bu film artıq bir neçə Beynəlxalq kinofestivalın müsabiqə proqramlarında iştirak edib.
Geri qayıt